Bank Of Baku

Azərbaycanda elektrik enerjisi istehsalı 4% artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 4% artıb
# 17 may 2017 12:45 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 622 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2,4%-lik artım müşahidə olunub.

 

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,2% azalaraq 92,8 mln. manat təşkil edib.

 

Ötən 4 ay müddətində Azərbaycanda 8 mlrd. 6,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 4,1% çoxdur. Bunun 7 mlrd. 63 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 4,8% çoxdur.


Bunun 572,7 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 0,7% azdır. Bu il ərzində Azərbaycanda küləklə işləyən stansiyaların enerji istehsalı 6,4 kVt/saat olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 10,3% çoxdur.

Bu il ərzində ölkədə 13,9 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 14,2% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR