Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 6,25% artım deməkdir. Avqust ayı ilə müqayisədə isə 19,05% azalma qeydə alınıb.
Bu ilin ötən yanvar-sentyabr ayları ərzində isə 16,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,36% azalıb.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.