Bank Of Baku

Azərbaycanda enerji istehsalı bir ildə 6% artıb

Azərbaycanda enerji istehsalı bir ildə 6% artıb
# 08 oktyabr 2014 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. Kv/S-a yaxın elektrik enerjisi istehsal edilib.

 

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13,3% çoxdur.

 

Bu ilin ötən 9 ayı ərzinndə isə 16,7 mlrd. Kv/S-dan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,7% çoxdur.

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR