Bank Of Baku

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 4% azalıb

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 4% azalıb
# 21 fevral 2014 07:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 496,9 min ton və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 3,8% az neft məhsulları (ixrac daxil olmaqla) göndərilib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, göndərilmiş neft məhsullarının 33,6%-ni dizel yanacağı, 21,1%-ni avtomobil benzini, 9,4%-ni aviasiya üçün ağ neft, 5,7%-ni mazut yanacağı, 3,6%-ni maye qaz, 3,1%-ni nafta, 1,8%-ni neft bitumu, 0,1%-ni sürtgü yağları, 21,6%-ni isə digər məhsullar təşkil edib.

 

Bu ilin yanvar ayında neft məhsullarının 75,2%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 24,8%-i isə ixrac olunub. Ölkə istehlakçılarına 373,6 min ton, yaxud əvvəlki ilin yanvar ayına nisbətən 4,9% az neft emalı məhsulları göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR