2017-ci ildə Azərbaycanda 22 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 82,6 hasilatın, 7,8%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 9,6%-i isə idxalın hesabına formalaşıb.
Ehtiyatların 45,8%-i ölkə daxilində istehlak edilib, 40,3%-i ixrac olunub, 3,5%-i itkiyə gedib, 10,4%-i 2018-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.