Bank Of Baku

Azərbaycanda karbamid zavodu üçün ayrılmış sahənin tikintiyə hazırlanması işləri başa çatdırılıb

Azərbaycanda karbamid zavodu üçün ayrılmış sahənin tikintiyə hazırlanması işləri başa çatdırılıb
# 02 iyun 2014 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda müasir beynəlxalq standartlara uyğun azot gübrəsi istehsal olunacaq karbamid zavodunun inşası layihəsi üzrə işlər davam etdirilir.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, zavodun inşası məqsədilə “Samsung Engineering Co. Ltd.” şirkəti ilə ARDNŞ arasında imzalanmış “Mühəndislik, satınalma və tikinti müqaviləsi” çərçivəsində başlanmış ilkin layihələndirmə işləri artıq tamamlanmaq üzrədir.

 

Qeyd edək ki, ilkin layihələndirmə işləri karbamid zavodunun tikintisi məqsədilə seçilmiş beynəlxalq nüfuzlu şirkətlər - amonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe A/S” və karbamid istehsalı üzrə Niderland Krallığının “Stamicarbon B.V.” şirkətləri tərəfindən təqdim edilmiş lisenziyalar əsasında həyata keçirilir. Eyni zamanda zavodun tikintisi ilə əlaqədar müfəssəl layihələndirmə işlərinə artıq start verilib, zavodun əsasını təşkil edən və hazırlanması uzun müddət tələb edən bir sıra iritutumlu avadanlıqlar sifariş edilib.

 

Bundan başqa, karbamid zavodu üçün ARDNŞ tərəfindən ayrılmış sahənin tikintiyə hazırlanması işləri başa çatdırılıb, ərazidə geoloji-tədqiqat işləri həyata keçirilib. Karbamid zavodu layihəsini həyata keçirən baş podratçı “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən layihə ilə əlaqədar tikinti işlərinə artıq başlanılıb. Bununla əlaqədar layihənin idarə edilməsi və müstəqil təftiş işlərinin həyata keçirilməsi üzrə məsləhətçi şirkətin seçilməsi məqsədilə bu ilin mart ayında beynəlxalq açıq tender elan edilib.

 

Qeyd edək ki, karbamid zavodunun tikinti işlərinin 2016-cı ilin sonlarında tamamlanması nəzərdə tutulur. Xammal olaraq təbii qazdan istifadə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR