Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 829,2 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3%-lik artım əldə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulların həcmi 7,0 % artaraq 91,0 mln. manat təşkil edib.
Belə ki, bu ilin beş ayında ölkədə 10 000,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,8% çoxdur.
Bu müddət ərzində su elektrik stansiyalarının istehsalı 704,9 mln. kVt/saat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,4 çoxdur. Bu ilin beş ayı ərzində istilik elektrik stansiyalarının istehsalı 1,3% artaraq 8 828,1,2 mln. kVt/saat təşkil edib.
Bu müddət ərzində küləklə işləyən stansiyaların istehsalı 31,8% artaraq 2,9 mln. kVt/saat olub. Bu ilin yanvar-may aylarında günəş enerjisi ilə işləyən stansiyaların elektrikinin həmi 1,2 mln. kVt/saat təşkil edib.
Bu müddət ərzində Azərbaycanda suyun təmizlənməsi və bölüşdürülməsi üzrə istehsal 0,9% azalaraq 103,8 mln. kubmetr təşkil edib.