Bank Of Baku

Azərbaycanda lak-boya məmulatlarının və yuyucu maddələrin istehsalı xeyli azalıb

Azərbaycanda lak-boya məmulatlarının və yuyucu maddələrin istehsalı xeyli azalıb
# 16 iyun 2015 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı sahələrində 200,0 mln. manatlıq məhsul istehsal edilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə məhsulun həcmi kimya sənayesində 2,0 dəfə, rezin və plastmas məmulatların istehsalında 8,2% artıb, əczaçılıq məhsullarının istehsalında isə 27,9% azalıb.

 

Bu ilin yanvar-may aylarında Azərbaycanda 95,9 ton yod istehsal edilib. Bu, ötən ilin beş ayı ilə müqayisədə 5,4% çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 20,7 ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu müddət ərzində ölkədə barium sulfatının istehsalı 47,6% artaraq 23,2 ton olub. Nəticədə bu ilin iyunun 1-nə 4,0 ton hazır məhsul ehtiyatı yaranıb. 

 

Bu müddət ərzində propilen istehsalı 39,8% artaraq 26,7 min ton, polietilen istehsalı 56,6% artaraq 47,2 min ton, etilen istehsalı isə 56,1% artaraq 48,6 min ton təşkil edib. Nəticədə bu ilin iyunun 1-nə 2,1 min ton propilen, 4,6 min ton polietilen hazır məhsul ehtiyatı yaranıb

 

Bu aylar ərzində Azərbaycanda izopropil spirti istehsalı 4,7 dəfə artaraq 4 526,9 ton təşkil edib. Nəticədə bu ilin iyunun 1-nə 2 520,6 ton hazır məhsul ehtiyatı yaranıb. Metanol və ya metil spirti istehsalı isə 44,9 min ton olub ki, nəticədə bu ilin iyunun 1-nə 0,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Belə ki, bu ilin yanvar-may aylarında ölkədə lak-boya məmulatlarının istehsalı 38,9% azalaraq 1 014,5 ton təşkil edib. Nəticədə bu ilin iyunun 1-nə 140,5 ton hazır məhsul ehtiyatı yaranıb. Yuyucu maddələrin istehsalı isə 56,9% azalaraq 54,3 ton olub ki, nəticədə bu ilin iyunun 1-nə 224,9 ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin yanvar-may aylarında Azərbaycanda rezin və plastmas məmulatların istehsalı sahəsində bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar, və s. istehsalı 0,5% artaraq 5 373,4 təşkil edib. Nəticədə bu ilin iyunun 1-nə 316,2 ton hazır məhsul ehtiyatı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR