Bank Of Baku

Azərbaycanda misin təmizlənməsi üzrə pilot zavod tikiləcək

Azərbaycanda misin təmizlənməsi üzrə pilot zavod tikiləcək
# 16 oktyabr 2014 07:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan fəaliyyət göstərən Anglo-Asian Mining PLC ingilis şirkəti Azərbaycanda misin təmizlənməsi üzrə pilot zavod tikmək niyyətindədir.

 

APA-Economics”in “Alliance News” istinadən verdiyi məlumata görə, bununla əlaqədar şirkət “CAE Mining” ingilis şirkətini Azərbaycana dəvət etmək niyyətindədir. Gələcəkdə şirkət daha geniş istehsal xəttini yaratmağı planlaşdırır.

 

Şirkətdə qeyd ediblər ki, bu qərar Gədəbəydə yataqda metalın filizdən ayrılması ilə bağlı mövcud problemlərlə bağlıdır. Belə ki, bu maneələr şirkətin əməliyyat xərclərinin artmasına gətirib çıxarır.  

 

Ümumilikdə, şirkətin məlumatına görə, bu ilin üçüncü rübündə Anglo-Asian Mining şirkəti Gədəbəy rayonundakı yataqlarında 16 178 unsiya qızıl (ikinci rüblə müqayisədə 442 unsiya çox), 5 504 unsiya gümüş (ikinci rübdəki göstəricidən  4281 unsiya az), habelə 210 ton mis hasil edib.

 

Bu ilin 9 ayında şirkət 43 232 unsiya qızıl, 27 419 unsiya gümüş və 580 ton mis istehsal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR