Bank Of Baku

Azərbaycanda neft emalı məhsullarının istehlakı 1% artıb

Azərbaycanda neft emalı məhsullarının istehlakı 1% artıb
# 24 noyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 2,7 mln. ton olub və ya ötən ilin müvafiq dövri ilə müqayisədə 1,0% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun 38,8%-ni dizel yanacağı, 38,4%-ni avtomobil benzini, 6,6%-ni neft bitumu, 4,9%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4,8%-ni ağ neft, 4,4%-ni maye qaz, 1,4%-ni sürtgü yağları, 0,6%-ni mazut yanacağı, 0,04%-ni isə neft koksu təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin 36,0%, sürtgü yağları 9,4%, aviasiya üçün və sair ağ neft 6,9%, avtomobil benzini 5,6%, dizel yanacağı 1,4%, maye qaz 1,1% artıb, digər neft məhsullarının istehlakı isə azalıb.

 

Bu ilin yanvar-sentyabr aylarında elektrik və istilik enerjisinin istehsalı üçün müəssisələr tərəfindən 4,3 mlrd. kubmetr və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,4% çox təbii qaz, bundan əlavə 5,5 min ton mazut və 1,9 min ton dizel yanacağı istifadə edilib. Bir kVt.saat  elektrik enerjisinin istehsalına neft ekvivalenti ilə 209,5 qram yanacaq məsrəf olunub.

 

Bu dövr ərzində ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 14,5 mlrd. kVt.saat elektrik enerjisi istehlak edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR