Bakı - APA-Economics. Cari ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,3 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 1,3% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 28,1 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 12,4 mlrd. kub metr təşkil edib. Neft hasilatı 1,1% artıb, qaz hasilatı isə 0,8% azalıb.