Bu ilin yanvar-mart aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 mlrd. manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 9,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 4,4 mlrd. kubmetr təşkil edib.
Hesabat dövründə neft hasilatı 2,2% artıb, qaz hasilatı isə 5,8% azalıb.
Bu ilin üç ayında ölkədə 9 662,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin eyni dövrünün göstəricilərinə nisbətən 2,2% çoxdur. Bunun 9 649,8 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 2,2% çoxdur. Bu ilin aprelin 1-nə 260 min ton hazır məhsul ehtiyatı yaranıb.
2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə 7 145,8 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətdə 5,8% azdır. Bunun 4 443,3 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 5,8% azdır.