Bank Of Baku

Azərbaycanda neft hasilatı bir ildə 8%-ə qədər azalıb

Azərbaycanda neft hasilatı bir ildə 8%-ə qədər azalıb
# 16 iyun 2017 14:06 (UTC +04:00)

Bu ilin may ayında SOCAR tərəfindən 636,9 min ton neft hasil edilib.

 

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 0,33% az, bu ilin aprel ayı ilə müqayisədə isə 3,88% çoxdur.

 

Bu ilin yanvar-may aylarında ümumilikdə SOCAR tərəfindən 3 mln. 096,1 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 2,07% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında 576,2 min ton, mart ayında 624,8 min ton, apreldə isə 613,1 min ton neft hasil edilib.

 

Bu ilin may ayında ölkə üzrə 3 mln. 291,9 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,72% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 3,32% çoxdur.

 

Bu ilin yanvar-may aylarında ümumilikdə ölkə üzrə 15 mln. 934,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 9,18% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında 2 mln. 975,7 min ton, mart ayında 3 mln. 113 min ton, aprel ayında isə 3 mln. 186,1 min ton neft hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR