Bank Of Baku

Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Azərbaycanda neft məhsullarının istehsalı azalıb
# 19 may 2014 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 400,4 min avtomobil benzini istehsal edilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 12% azdır.

 

Bu ilin 4 ayında ölkədə 42,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% azdır.

 

Bu müddət ərzində ötən illə müqayisədə 205,8 min ton və ya 11,6% az ağ neft, 695,4 min ton  və ya 17,3% az dizel yanacağı və 92,6 min ton və ya 8,3% az neft bitumu istehsal edilib.

 

Bu ilin 4 ayında neft məhsullarının istehsalı sahəsində yalnız sürtgü yağlarının istehsalında artım müşahidə edilib. Belə ki, yanvar-aprel aylarında 16,2 min ton sürtgü yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR