Bank Of Baku

Azərbaycanda neft məhsullarının istehsalı 9% azalıb

Azərbaycanda neft məhsullarının istehsalı 9% azalıb
# 15 sentyabr 2014 14:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 1721,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 8,8% azalıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin səkkiz ayı ərzində ölkədə 806,9 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 66,8 min ton məhsul ehtiyatı yaranıb.

 

Bu il ərzində ölkədə 1 532,3 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,3% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 77,3 min ton məhsul ehtiyatı yaranıb.

 

Bu il Azərbaycanda ağ neftin istehsalında da 5,8% azalma var. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkədə 451,1 min ton ağ neft istehsal olunub ki, bu ilin sentyabrın 1-nə 32,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin 8 ayında ölkədə neft bitumunun istehsalında da azalma var. Bu il ərzində Azərbaycanda 167,1 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% azdır. Nəticədə sentyabrın 1-i vəziyyətinə 11,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Sürtgü yağlarının istehsalı isə ötən illə müqayisədə 13,8% artıb. Belə ki, bu ilin yanvar-avqust aylarında 34,7 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə sentyabrın 1-i vəziyyətinə 11,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin səkkiz ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 122,8 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Nəticədə sentyabrın 1-i vəziyyətinə 7,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR