Bu ilin iyul ayında Azərbaycanda 2 mlrd. 494,7 min kubmetr qaz hasil edilib. "APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, 2016-cı ilin iyul ayı ilə müqayisədə 1,89% azdır.
Bu ilin iyun ayı ilə müqayisədə isə 3,65% çoxdur.
Cari ilin yanvar-iyul aylarında ümumilikdə ölkədə 16 mlrd. 626,5 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 4,89% azdır.
Qeyd edək ki, yanvarda ölkə üzrə 2 mlrd. 472,4 mln. kubmetr, fevralda 2 mlrd. 222,3 mln. kubmetr, martda 2 mlrd. 201.3 mln. kubmetr, apreldə 2 mlrd. 366,2 mln. kubmetr, mayda 2 mlrd. 462,7 mln. kubmetr, iyunda isə 2 mlrd. 406 mln. kubmetr həcmində qaz hasil edilib.