Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 608,5 min kubmetr qaz hasil edilib.
“APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında isə 680,8 min, aprel ayında isə 654,9 kubmetr qaz təşkil edib.
Bu ilin yanvar-aprel aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 3 260,2 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 7,6% çoxdur.
Ümumilikdə aprel ayında ölkə üzrə 2 649 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6,1% çoxdur.
Bu ilin yanvar ayında ölkə üzrə 2690 min kubmetr, fevralda 2393 min kubmetr, mart ayında isə 2 594 min, aprel ayında isə 2622,7 min kubmetr qaz hasil edilib. Ümumilikdə bu ilin yanvar-aprel aylarında 12 948,7 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 5 ayı ilə müqayisədə 2,8% azdır.