Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 654,9 min kubmetr qaz hasil edilib.
“APA-Economics”in A
Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında isə 680,8 min kubmetr qaz təşkil edib.
Bu ilin yanvar-aprel aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 2651,7 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 8% çoxdur.
Ümumilikdə aprel ayında ölkə üzrə 2622,7 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 12,6% çoxdur.
Bu ilin yanvar ayında ölkə üzrə 2690 min kubmetr, fevralda 2393 min kubmetr, mart ayında isə 2594 min kubmetr qaz hasil edilib. Ümumilikdə bu ilin yanvar-aprel aylarında 10 299,7 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 4 ayı ilə müqayisədə 4,9% azdır.