Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 351,6 kq qızıl istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% çoxdur.
Bu ilin 3 ayı ərzində ölkədə 120,9 kq gümüş istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 41,5% azdır.