Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 480,3 kiloqram qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,1 dəfə çoxdur. Bu ilin aprelin 1-nə 58,6 kiloqram hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-mart aylarında ölkədə 221,2 kiloqram gümüş istehsal edilib ki, bu da 2017-ci yanvar-fevral ayı ilə müqayisədə 2,9 dəfə çoxdur. Bu ilin aprel 1-nə 20,8 kiloqram hazır məhsul ehtiyatı yaranıb.