Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda 671,9 kq qızıl istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,1% çoxdur.
Bu ilin 5 ayı ərzində 173,1 kq gümüş istehsal edilib ki, bu da 2013-cü ilin yanvar-may ayların ilə müqayisədə 41% azdır.