Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda qızılın və qızıl məmulatlarının pərakəndə satış qiymətlərində kəskin artım müşahidə olunur.
“APA-Economics”in məlumatına görə, paytaxtın əksər qızıl və qızıl məmulatlarının satışı məntəqələrində qiymətli sözügedən məhsulun dəyəri təqribən 15-20% artıb.
Satıcılar qiymət artımını iki amil ilə izah edir. Birincisi, dünya bazarında qızılın qiymətinin son ayların ilk rekorduna imza atmasıdır. Belə ki, qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40,65 dollara, unsiyası isə 1 265 dollara təklif edilir.
Bundan başqa, qızılın pərakəndə satışının qiymətindəki artım bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır.