Bank Of Baku

Azərbaycanda sənaye işçilərinin əmək haqqı 5% artıb

Azərbaycanda sənaye işçilərinin əmək haqqı 5% artıb
# 19 mart 2014 15:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,4% artaraq 183,0 min nəfər təşkil edib, onların orta aylıq əmək haqqı isə 5,3% artaraq 653,4 manata çatıb.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, işçilərin 32,8 min nəfəri mədənçıxarma, 92,3 min nəfəri emal, 31,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 26,1 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı  bölmələrində cəmləşib.

 

Əmək haqlarının daha çox artımı  emal bölməsinin dəri və dəri məmulatlarının, poliqrafiya fəaliyyəti, elektrik avadanlıq-larının, içki, tütün məhsullarının, əczaçılıq məhsullarının, ağac emalı və ağacdan məmulatların, metallurgiya məmulatlarının, tikinti materiallarının, qida məhsullarının, toxuculuq, mebel, neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 7,3% artaraq 779,6 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR