Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11,0 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-may aylarına nisbətən 6,7% azalıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 15,9 mln ton, əmtəəlik təbii qazın hasilatı isə 7,8 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.
Bu ilin 5 ayı ərzində ölkədə 15 934,0 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2016-cı ilin yanvar-may aylarına nisbətən 9,2% azdır. Nəticədə bu ilin iyunun 1-nə 432,5 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 15 914,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 9,2% azdır.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 11 710,2 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2016-cı ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 5,9 azdır.