Bank Of Baku

Azərbaycanda xam neftin istehsalı 10% azalıb

Azərbaycanda xam neftin istehsalı 10% azalıb
# 17 may 2017 10:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,9 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 7,4% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 12,6 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 6,3 mlrd. kubmetr təşkil edib.


Bu ilin 4 ayı ərzində ölkədə 12,642 mln. ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2016-cı ilin yanvar-aprel aylarına nisbətən 9,5% azdır. Nəticədə bu ilin mayın 1-nə 414,7 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 12 mln. 628,1 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 9,5% azdır.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 9 mlrd. 245,4 mln. kubmetr təbii qaz istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 6,9% azdır. Nəticədə bu ilin mayın 1-nə 1 mln. 373,7 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 6 mlrd. 284,8 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR