Bank Of Baku

Azərbaycanda yaranan təbii qaz və neft ehtiyatının həcmi açıqlanıb

Azərbaycanda yaranan təbii qaz və neft ehtiyatının həcmi açıqlanıb
# 17 dekabr 2014 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 21 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,6% az olub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında Azərbaycanda 38 525,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,3% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 234,4 mln. ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 38 382,9 min tonu əmtəəlik xam neftdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

 

Cari ilin yanvar-noyabr aylarında ölkədə 27 148,8 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,2% çoxdur. Nəticədə dekabrın 1-i vəziyyətinə 265,2 mlrd. kubmetr təbii qaz hazır məhsul ehtiyatı yaranıb. Bunun da 17 029,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 5,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR