Bank Of Baku

Azərbaycandan Gürcüstana neft məhsullarının ixracı artıb

Azərbaycandan Gürcüstana neft məhsullarının ixracı artıb
# 19 iyun 2018 09:43 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 41 mln. 333 min dollar olan neft və neft məhsulları ixrac edilib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, ixrac olunmuş neft və neft məhsullarının həcmi 68 min 935,6 ton təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə neft və neft məhsullarının ixracı həcm baxımından 4 min 699,4 ton və ya 7,3% çoxdur. Məbləğ baxımından isə göstərici 10 min 404,7 dollar  və ya 33,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR