Bank Of Baku

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 8%-dən çox artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 8%-dən çox artıb
# 19 aprel 2018 10:03 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 18 mln. 232,9 min dollar olan 31 min 709,2 ton neft və neft məhsulları ixrac edilib.

 

APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd edilib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə adıçəkilən məhsulun ixracı həcm baxımından 2 min 549,1 ton və ya 8,74% çoxdur. Məbləğ baxımından isə bu rəqəm 3,655 min dollar və ya 1,2 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstana 14 mln. 577,9 min dollar dəyərində 29 min 160,1 ton neft və neft məhsulları ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR