Bank Of Baku

Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı iki dəfədən çox artıb

Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı iki dəfədən çox artıb
# 27 fevral 2015 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 35 680,5 min dollar dəyərində 56 779,5 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,32 dəfə çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 17,3% azalıb.

 

Bu ilin ilk ayında Gürcüstan Azərbaycandan 6 666,6 min dollar dəyərində 763,5 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,17% çoxdur.

 

Ötən ilin yanvar ayı ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 2,57 dəfə çoxdur.

 

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 70,58%-i yanacaq qazı və digər qazlar, 13,18%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

 

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 50 554,0 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 1,56% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR