Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 101 929,5 min dollar dəyərində 480 568,9 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.
Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 11,5% azalıb.
Bu ilin üç ayında Gürcüstan Azərbaycandan 28 290,0 min dollar dəyərində 56 836,0 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 39,2% azdır.
Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 67,6%-i yanacaq qazı və digər qazlar, 18,8%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 150 722,3 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 16,6% azdır.