Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.
“APA-Economics”in “Qruziya Online” saytına istinadən məlumata görə, "Gürcüstan Dövlət Elektrik Sistemi"nin yaydığı məlumatda deyilir ki, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb:“Fevralın 5-dən isə Rusiyadan Ermənistana elektrik enerjisinin tranzitinə başlanılıb. Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisi tranzit ediləcək”.
Məlumata əsasən, Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək.