Bank Of Baku

Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır
# 14 yanvar 2015 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl'' və “Mehdiabad'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES'' qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

 

Təmir müddətində Şəmkir rayonun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR