Bank Of Baku

Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır
# 04 fevral 2015 09:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "APA-Economics"ə verilən məlumata görə,

saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Semzavod”, “Böyükşor”, “Sumqayıt”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Ucar” “Oğuz” və “Yaqublu” o cümlədən, Qazax Magistral qaz kəmərləri sahəsinin “Şəmkir” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

 

Təmir müddətində Ucar və Oğuz rayonun, eləcə də Tağıyev, Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Şəmkir rayonu və Qaradağ rayonu Sahil qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR