Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.