Bank Of Baku

Bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 10 iyun 2014 07:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonuna və Salyan rayonunun bir hissəsinə, saat 13:00-dan 18:00-dək Şamaxı rayonunun bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Xaçmaz rayonunun bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə  təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR