Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində siyirtmənin quraşdırılması, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması və təmir işləri ilə əlaqədar bu gün saat 11:00-dan 14:00-dək Yasamal, saat 18:00-dək Şamaxı, Abşeron və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.