Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.