Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, saat 14:00-dək Siyəzən rayonunun bir hissəsinə, saat 18:00-dək Gəncə şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilə qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.