Bank Of Baku

Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 13 oktyabr 2015 15:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Azadqaraqoyunlu”, “Tərtər” və “Kövər”, həmçinin Yevlax rayonunun Malbinəsi qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Məhəmmədi, Digah, Fatmayi, Görədil və Novxanı, Samux rayonunun Sərkar, Bağbanlar, Çobanabdallı, Qarabağlılar, Lək, Hacıalılar, Fizuli və Zaknis kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Şirvan şəhərinin, eyni zamanda Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR