Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Rumıniyaya səfər edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, N. Əliyev AGRİ (Azərbaycan, Gürcüstan, Rumıniya İnterconnector) layihəsi ətrafında müzakirələr üçün nəzərdə tutulan nazirliklərarası görüşdə iştirak edəcək.
Görüşdə AGRİ layihəsi, Azərbaycanla-Rumıniya arasında enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi planlaşdırılır.