Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Şamaxı və Qobustan rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 1-dən 3-dək Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.