Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixrac malları arasında xam neft üstünlük təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 8 ayında ölkəmizdən xaricə 13 129 080,77 min ABŞ dolları dəyərində xam neft ixrac olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.
Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 867 160,05 min dollar dəyərində neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,6% çoxdur.
Bu il ərzində təbii qazın ixracı azalıb. Belə ki, 8 ay ərzində 225 242,14 min dollar dəyərində təbii qaz ixrac edilib ki, bu da ötən illə müqayisədə 57% azdır.