Bank Of Baku

Azərbaycanın magistral kəmərləri ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

Azərbaycanın magistral kəmərləri ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
# 17 may 2017 12:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 13 mln. 931,4 min ton neft nəql edilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 78,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 mln. 880,1 min ton neft ötürülüb. Dövr ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 2 mln. 118,1 min ton tranzit nefti də nəql edilib.

Bu ilin yanvar-aprel ayları ərzində magistral qaz kəmərləri ilə 8 mlrd. 36,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6% artım müşahidə olunub. Qazın nəqlinin 31,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2554,6 mln. kubmetr qaz ötürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR