Bank Of Baku

Azərbaycanın magistral kəmərləri ilə neftin və qazın nəqli artıb

Azərbaycanın magistral kəmərləri ilə neftin və qazın nəqli artıb
# 16 iyun 2014 08:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 19,8 mln. ton neft nəql edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artım müşahidə olunub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 15,0 mln. ton neft ötürülüb.

 

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

 

Bu ilin 5 ayı ərzində ölkənin magistral qaz kəmərləri ilə 9,5 mlrd. kubmetr və ya 11,7% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 2,7 mlrd. kubmetr qaz ötürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR