Bu ilin yanvar-may aylarında Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 6 888,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 2,5% üstələyib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin beş ayında ölkədə xam neft və təbii qaz hasilatı 6297,7 mln. manat həcmində olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% azdır.
Bu müddət ərzində metal filizlərinin hasilatının həcmi 30,2% artaraq 33,1 mln. manat təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycanda daş, qum, çınqıl, duz və digər
mədənçıxarma sənayesi məhsullarının hasilatının həcmi 1% artaraq 11,1 mln. manta həcmində olub.
İlin əvvəlindən iyunun əvvəlinə qədər müddətdə ölkədə mədənçıxarma sənayesi sahələrinə xidmətlərin göstərilməsinin həcmi 546,6 mln. manta olub ki, bud a 2014-cü ilin yanvar-may aylarındakı dövrə nisbətdə 80,6% çoxdur.