Bakı. Nicat Mustafayev – APA-Economics. Magistral qaz xəttinə verilən əmtəə qazına göstərilən ciddi tələblər, həmçinin istehsal olunan təmizlənmiş təbii qazın keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz Emalı Zavodunda yeni separasiya qurğuları istismara verilib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Neftqazelmitədqiqatlayihə» institutunun layihəsi əsasında quraşdırılmış 3 ədəd separator qurğusu təhvil verilən təmizlənmiş qazın tərkibindən C5+ maye karbohidrogen buxarlarının tutulması və onların magistral qaz boru xəttinə düşməsinin qarşısını almaq məqsədi ilə inşa olunub.
Layihəyə əsasən, separasiya qovşağının məhsuldarlığı 15 mln. kubmetr/sutka təşkil edir.