Bu ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 2 mlrd. 380 milyon kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artım müşahidə olunub.
Qazın nəqlinin 29,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 698,5 mln. kubmetr qaz ötürülüb.