Bank Of Baku

Azərbaycanın qeyri-neft sənayesi üzrə gələn il 18% artım gözlənilir

Azərbaycanın qeyri-neft sənayesi üzrə gələn il 18% artım gözlənilir
# 13 noyabr 2012 13:07 (UTC +04:00)

 

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda proqnozlaşdırılan ortamüddətli dövrdə Regionların sosial-iqtisadi inkişafı, Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramlarının icrası başa çatacaq və nəzərdə tutulmuş tədbirlərin icrası, o cümlədən yeni istehsal və xidmət müəssisələrinin tikintisi bütövlükdə iqtisadi inkişafa müsbət təsir göstərməklə, xüsusilə də qeyri-neft sektorunun dinamik artımına şərait yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, təkcə cari ilin ilk yarısında regionlarda 170-dən çox yeni müəssisə istifadəyə verilib, hazırda isə 450-dən çox müəssisənin yaradılması davam etdirilir.

Nazir onu da qeyd edib ki, sənayenin inkişafına dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi müəssisələrin fəaliyyətinin genişlənməsinə, qarşıdakı illərdə sənaye kompleksinin modernləşdirilməsi prosesinin daha da sürətləndirilməsinə və yeni istehsal sahələrinin yaranmasına imkan yaradacaq: «Aparılan sənayeləşmə siyasətinin nəticəsi olaraq, cari ilin birinci yarısında 50-dən çox sənaye müəssisəsi və istehsal sahələri istifadəyə verilib, 120-dən çox müəssisənin isə, o cümlədən toxuculuq, tikişçilik, parça boyama, kağız emalı və karton, plastik borular və digər plastik məmulatlar istehsalı müəssisələri, karton tara və qofra karton istehsalı fabriki və müxtəlif növ elektrotexniki avadanlıqların istehsalı zavodunun və sair istehsal müəssisələrinin tikintisi davam etdirilir. Bütün bunların nəticəsində qeyri-neft sənayesi üzrə 2013-cü ildə 18,1%, növbəti 3 ildə isə orta hesabla 11,2% artıma nail olunacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR