Bank Of Baku

Azərbaycanın təbii qaz ixracı potensialı 2025-ci ilədək minimum 40-50 mlrd. kubmetrə çatdırılacaq

Azərbaycanın təbii qaz ixracı potensialı 2025-ci ilədək minimum 40-50 mlrd. kubmetrə çatdırılacaq
# 16 noyabr 2012 13:50 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan DövləT Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən Atlantik Şurasının «Dinamik regionda yeni imkanlar» sammitində «TANAP - Cənub Qaz Dəhlizinin açılması üçün əsas elementdir» mövzusunda çıxış edib.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev enerji resurslarının təchizat marşrutlarının şaxələndirilməsi və regionda enerji təhlükəsizliyi məsələlərinin bir-biri ilə əlaqəli olduğunu bildirərək TransAnadolu Boru Kəməri (TANAP) ilə bağlı görülən işlər haqqında sammit iştirakçılarına məlumat verib.

 

TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin əsas elementi kimi əhəmiyyətini qeyd edən ARDNŞ prezidenti bildirib ki, layihənin ilkin mərhələsində Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağından «Faza-2» çərçivəsində qazın nəql edilməsi, Azərbaycanla Türkiyə və Avropa arasında yeni enerji koridorunun yaradılması planlaşdırılır. Növbəti mərhələdə isə son illərdə kəşf edilmiş «Abşeron» və «Ümid» kimi iri qaz yataqlarının, perspektiv strukturların, eləcə də «Azəri-Çıraq-Günəşli» blokunun dərin qatlarında yerləşən qaz ehtiyatlarının işlənilməsi nəzərdə tutulur.

 

Azərbaycanın təbii qaz ixracı potensialının 2025-ci ilədək minimum 40-50 mlrd. kubmetr həcminə çatdırılacağını deyən ARDNŞ prezidenti bu qazın mühüm hissəsinin Avropa bazarına çıxarılacağını və belə böyük həcmdə mavi yanacağın Azərbaycandan Avropaya təhlükəsiz daşınmasını təmin etmək iqtidarında olan qaz-nəql sisteminin məhz TANAP kəmərinin olacağını vurğulayıb.

 

R.Abdullayev bildirib ki, uzunmüddətli perspektivdə bu kəmər nəinki Azərbaycan yataqlarından, həm də Xəzər dənizi hövzəsindəki digər ölkələrdə hasil olunan qaz həcmlərinin Azərbaycan və Türkiyə üzərindən tranzitlə Avropaya daşınmasına imkan verəcək və mərhələlərlə həyata keçiriləcək Cənub Qaz Dəhlizi çərçivəsində fundamental və həlledici elementə çevriləcək. R.Abdullayev Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı rolunu oynadığını, son vaxtlar regionda və Avropa ölkələrində iri həcmli investisiya müqavilələrinin həyata keçirilməsi sahəsində böyük uğurlar əldə edildiyini diqqətə çatdıraraq bildirib ki, Avropadakı biznesinin coğrafiyasını genişləndirən və enerji bazarının müxtəlif seqmentlərinə doğru irəliləyən ARDNŞ bir çox enerji şirkətləri üçün etibarlı müttəfiq və tərəfdaş rolunu oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR