Bank Of Baku

Azərbaycanın yanvarda xam neftin satışından əldə etdiyi gəlir açıqlanıb

Azərbaycanın yanvarda xam neftin satışından əldə etdiyi gəlir açıqlanıb
# 17 fevral 2016 12:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi bu ilin yanvar ayında xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, ötən ay gömrük bəyannamələri əsasında 547 mln. 342,6 min ABŞ dolları dəyərində 1 mln. 989 min 186,83 ton xam neft ixrac olunub.

 

Belə ki, bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 15,57% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,6% azdır.

 

Ötən ay ərzində 31 mln. 109,25 min dollar dəyərində 159 646,61 ton həcmində neft məhsulları ixrac edilib. Bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 10,58% azdır. Məbləğ dəyərində isə bu rəqəm 43,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR